Ceyhun Bayramov: Mərkəzi Asiya liderlərinin Azərbaycana son 3 ildə 23 səfəri baş tutub Siyasət

Ceyhun Bayramov: Mərkəzi Asiya liderlərinin Azərbaycana son 3 ildə 23 səfəri baş tutub

“Mərkəzi Asiya dövlətləri ilə ali səviyyədə səfərlər olub”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Mərkəzi Asiya liderlərinin Azərbaycana son 3 ildə 23 səfəri baş tutub: “Mərkəzi Asiyada əməkdaşlıq C5-dən C6 formatına çevrilib”.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri milli maraqlarımıza uyğun şəkildə inkişaf edib.