15:58
630
Azərbaycanda “Rus Evi” uzun müddət ərzində ölkəmizdə qeydiyyatsız fəaliyyət göstərib”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, istənilən təsisat ölkə qanunvericiliyinə riayət etməklə fəaliyyət göstərə bilər: “Rus Evi”nin bağlanmasına dair qərar ona görə verildi. İstənilən təsisatın fəaliyyəti üçün ölkə qanunvericiliyinə hörmət önəmlidir. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. “Rus Evi” ilə bağlı ən son təmaslar 1 neçə həftə əvvəl olub. Ləğvetmə ilə bağlı əməkhaqqı və s. yarımçıq proseslər qalıb. Rusiya tərəfi mərkəzdən ləğvedicilər təyin edib, onlar Azərbaycana gəlib. Rusiyanın burdakı səfirliyi bizə müraciət edib, XİN-dən dəstək istəyib. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək verilib. Rus evinin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb”.
17:34
28
17:33
105
17:32
126