“Zelenski idarə olunur”
19:03
17:29
756
“Bir neçə gün bundan öncə Azərbaycan neft məhsullarının Ermənistana göndərilməsi baş verib”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan-Ermənistan arasında belə hal olmayıb: “Ona görə hazırda biz nəyisə sıfırdan yaradırıq. Ermənistan tərəfinin müraciəti neft məhsulları ilə bağlı oldu və Azərbaycan tərəfi bunu qəbul etdi. Azərbaycan nefti Ermənistana daxil oldu, amma Ermənistan tərəfində hətta bunun əleyhinə çağırışlar da var idi. İqtisadi əlaqələrin genişləndirilməsi baş verəcək, amma bu gözləntilərimizə uyğun, adekvat olmalıdır”.
Ceyhun Bayramov digər sahələrdə də Azərbaycan və Ermənistan arasında ticarəti mümkün hesab edir: “İki ölkə arasında hərbi məmulatların ticarətindən söhbət gedə bilməz, amma digər sahələrdə ticarət mümkündür. Bizim gözləntilərimizə uyğun bu proseslər baş verə bilər”.
18:34
469
18:33
476
17:50
658