11:54
623
“Ermənistan və Azərbaycan arasında uzun sürən qarşıdurma bir sıra sahələrdə problemə, tənəzzülə gətirib çıxarıb. Ümumiyyətlə, iki ölkə arasında baş verən qarşıdurma regionda ciddi iqtisadi itkilərə səbəb olub. Azərbaycanın 30 ilə yaxın işğalda olan torpaqlarında Ermənistan hökuməti həm turizm baxımından, həm təbii faydalı resusrların istifadəsi baxımından Azərbaycana ciddi zərbə vurub. Eyni zamanda, 1 milyona yaxın Azərbaycan əhalisi həmin o bölgədən köç etməyə məcbur qalıb və beləliklə bu, ərazinin iqtisadi xəritəsinə ciddi təsir göstərib. Özləri də davam edən müharibə, minalanmış ərazilər, blokada səbəbindən öz iqtisadiyyatlarına hansısa töhfə verə bilməyiblər. Bu baxımdan bu qarşıdurmanın həll edilməsi hər iki dövlət və ümumilikdə region üçün əhəmiyyətli addımlardan biridir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov deyib.
A.İbrahimov Azərbaycan və Ermənistan arasındakı sülhün ciddi risklər, təhdidlər altında olduğunu qeyd edib: “Yəni hansısa bir yeni hərbi gərginləşmə bu iqtisadiyyatı tamamilə yenidən çökmə ərəfəsinə gətirir. Biz bunu sıfırdan başlamaq məcburiyyətində qalmışıq. Bu günə kimi Ermənistanla hansısa iqtisadi, siyasi, ticari əlaqələrimiz olmayıb. Ermənistanla bir sıra sahələrdə əməkdaşlıq edə bilərik. Məsələn, kənd təsərrüfatı sahəsində hansısa bir məhsulların xammal bazarı kimi Azərbaycan istifadə oluna bilər. Azərbaycanın Ermənistan vasitəsilə yük daşımaları üçüncü bir ölkəyə həyata keçirilə bilər. Məsələn, Horadiz-Zəngəzur-Mehri stansiyasının yenidən aktivləşdirilməsi həyata keçirilə bilər. Eləcə də birgə anbarların həyata keçirilməsi mümkündür. Logistika anbarların təsis edilməsi mümkündür”.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması Çindən Avropaya gedən yüklərin çatdırılma müddətini azalda bilər: “Hazırda 20 gün, 1 aya qədər həyata keçirilən bu daşınma, həmin yollar açılarsa, iqtisadi tərəfdaşlıq bərpa olunarsa, 6-11 gün ərzində yüklərin çatdırılması mümkün olar. Eyni zamanda ətraf mühit sahəsində əməkdaşlığımız ola bilər. Azərbaycanın yaxın 10 ildə ən ciddi problemlərindən biri su məsələsi olacaq. Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkə məhz Azərbaycandır. Belə olduğu təqdirdə Azərbaycan, Gürcüstan və Ermənistan müştərək olaraq su resusrlarından istifadə ilə bağlı hansısa addımlar ata bilər. Yəni regionda tərəfdaşlıq, sülh hər üç Cənubi Qafqaz ölkəsinə fayda verəcək”.
Röya İsrafilova
13:00
441
12:59
434
12:30
609