Rəsmi Bakı: Azərbaycanın "vahid Çin" siyasəti ilə bağlı mövqeyi dəyişməzdir, ölkəmiz Tayvanın müstəqilliyini tanımır Siyasət

Rəsmi Bakı: Azərbaycanın "vahid Çin" siyasəti ilə bağlı mövqeyi dəyişməzdir, ölkəmiz Tayvanın müstəqilliyini tanımır

Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Respublikasının "vahid Çin" siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətlə bağlı medianın sualına cavabında deyib.

“Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”, - XİN rəsmisi vurğulayıb.