Belçika səfirliyi: Azərbaycan öz müstəqilliyini bərpa etmək yolunda qətiyyətli bir yol keçib Siyasət

Belçika səfirliyi: Azərbaycan öz müstəqilliyini bərpa etmək yolunda qətiyyətli bir yol keçib

Belçika səfir Julyen de Frepon diplomatik korpusun nümayəndələri ilə birlikdə 1990-cı ilin faciəli 19–20 yanvar hadisələrini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Belçika səfirliyinin paylaşımında deyilir.

“Biz hadisə qurbanlarını ehtiramla xatırlayır və Azərbaycanın öz müstəqilliyini bərpa etmək yolunda ağrılı, lakin qətiyyətli bir yol keçdiyini qəbul edirik”, - paylaşımda deyilir.