İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
23 Yanvar 18:51
3 220
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verib.
Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirilib, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edilib.
Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb.
İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309