“Erməni separatçılarının vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik etdi”
Milli Hidrometeorologiya Xidməti: Yaxın günlərdə qar və çovğun proqnozlaşdırılmır
“Bu, bütün dünya ictimaiyyətinin Azərbaycan liderinə verdiyi qiymətdir”
Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il azadlıqdan məhrum olunub
13:38
707
Azərbaycan birmənalı olaraq “Vahid Çin” prinsipini dəstəkləyir.
APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Global Times”a müsahibəsində bildirib.
“Azərbaycanın Tayvan məsələsi ilə bağlı mövqeyi aydın və davamlıdır, bu, möhkəm şəkildə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilmiş “seçkiləri” pisləyən ilk ölkələrdən biri olmuşuq. Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir”, - Ceyhun Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, regional vəziyyəti sabitlikdən çıxaran istənilən hərəkət qeyri-məhsuldardır, sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır.
Ceyhun Bayramov təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə status-kvonun dəyişdirilməsinə cəhdlərin qarşıdurma riskini artırdığına və beynəlxalq münasibətlərdə etimadı sarsıtdığına diqqət çəkib.
“Bu kontekstdə Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə sadiqliyinin, eləcə də Azərbaycanla Çin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimadın təzahürüdür”, - Azərbaycan XİN rəhbəri əlavə edib.
15:06
301
14:36
896
13:43
721