Ermənistan tezliklə “Tramp Marşrutu” ilə bağlı yanaşmasını ABŞ-yə təqdim edəcək
Nazir: İnternetin orta sürətini ilin sonuna qədər 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq
Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır
Dövlət başçısı: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
16:30
630
Ərəb dünyası Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarovla görüşdə ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi bildirib.
Görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib. Ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə və əlaqələrin parlament xətti ilə inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini deyən Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ərəb ölkələri parlamentlərinin əksəriyyəti ilə işçi qruplar fəaliyyət göstərir və qarşılıqlı səfərlər, görüşlər həyata keçirilir, əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanır, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.
Məhəmməd Əhməd Əl-Yammahi Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, ölkə başçısının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində apardığı yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Ərəb dünyasının Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan Məhəmməd Əhməd Əl-Yammahi, ticarət, enerji və logistika kimi strateji sahələrdə tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Ərəb Parlamentinin prezidenti, eyni zamanda, ərəb dünyasının gündəliyində duran məsələlərdə, xüsusilə Fələstin probleminə münasibətdə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Məhəmməd Əhməd Əl-Yammahi, həmçinin Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasında iştirak və çıxış etməyə dəvət edib.
Görüşdən sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb.
Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olub.
17:49
259
17:48
280
17:47
280