Kreml: Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır
Rəşad Nəbiyev: Kibertəhlükəsizliklə bağlı bütün çağırışlar yaxın vaxtlarda həyata keçiriləcək
Nazir: Startapların maliyyələşməsi ilə bağlı qanun yaxın aylarda qəbul edilə bilər
Rəşad Nəbiyev: IT sahəsində ixracımız 100 mln. dollar ətrafındadır
17:47
623
"Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir".
Prezident İlham Əliyev bunu “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
"Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər", - Dövlət başçısı vurğulayıb.