09:13
1 183
“DTX-nin yaydığı video-materialda səsləndirilən faktlar Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş çoxşaxəli və uzunmüddətli fəaliyyətin mövcudluğunu göstərir. Təqdim olunan sübutlara əsasən Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərin daxil olduğu şəbəkənin xarici xüsusi xidmət orqanları ilə əlaqədə olduğu, onların diqtəsinə uyğun şəkildə ölkə daxilində ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş fəaliyyət göstərdiyi iddia olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Onun bildirdiyinə görə, materiallarda bu şəbəkənin mərkəzləşdirilmiş şəkildə idarə edildiyi, əlaqələndirici rolun isə məhz Ramiz Mehdiyev tərəfindən icra olunduğu vurğulanır: “Məqsədin konstitusiya quruluşuna zərbə vurmaq, dövlət institutlarını zəiflətmək və idarəolunan xaos mühiti formalaşdırmaq olduğu bildirilir. Xüsusilə Vətən müharibəsi ərəfəsində aparılan fəaliyyətlər bu kontekstdə ayrıca diqqət çəkir. Təhlilə görə, sözügedən şəbəkə məqsədli şəkildə ictimai rəydə məğlubiyyət ovqatı yaratmağa, dövlətə inamı sarsıtmağa və cəmiyyətdə ruh düşkünlüyü formalaşdırmağa çalışıb”.
Z.Qarayeva əlavə edib ki, radikal müxalifətin aktivləşdirilməsi, ölkə daxilində və xaricdə fəaliyyət göstərən söyüş və qarayaxma üzərində qurulmuş media resurslarının koordinasiyası bu strategiyanın tərkib hissəsi kimi təqdim olunur: “DTX-nin açıqladığı materiallar nəticəsində adı çəkilən şəxslərin və şəbəkə üzvlərinin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyə qarşı ardıcıl düşmən mövqeyi tutduqları barədə ictimaiyyətə açıq, faktlara söykənən ciddi ittihamlar irəli sürülür”.
Röya İsrafilova
09:29
1 120
08:44
959
12 Fevral 21:38
1 309