“Bu səfər iki ölkə arasında əlaqələrin daha da genişləməsi üçün yaxşı imkandır” Siyasət

“Bu səfər iki ölkə arasında əlaqələrin daha da genişləməsi üçün yaxşı imkandır”

“Müstəqillik qazandıqdan sonra Azərbaycanın dost siyahısına Serbiya da əlavə olundu. Hər iki tərəf mehriban qonşuluğa, müttəfiqliyə maraq göstərdiklərini bildirdilər. Beynəlxalq birlikdə bir çox məsələlərdə bizim mövqeyimiz eynidir, milli maraqlarımızın ortaq nöqtələrini tapa bilirik”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat vurğulayıb ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı bir imkandır: “Cənab Prezidentin orada “hökumət üzvlərinin yarısı buradadır, mən onlara tapşırıq verirəm qaldırılan məsələlərin həlli ilə bağlı daha ciddi məşğul olsunlar” deməsi o deməkdir ki, Azərbaycan öz öhdəliyinə həmişə sadiqdir və Serbiya Azərbaycan, Azərbaycan Serbiya münasibətlərinin möhkəmlənməsində həmişə öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün çalışır. Serbiya rəhbərinin cənab Prezidentə verdiyi yüksək qiymət isə onu göstərir ki, dünya Azərbaycanı, onun liderinin fəaliyyətini tək Azərbaycan üçün deyil, dünya üçün nə qədər səmərəli olduğunu bir daha vurğulayır”.

Röya İsrafilova