Tramp Konqres qarşısında Azərbaycan-Ermənistan münaqişəsinin həllindən danışıb Siyasət

Tramp Konqres qarşısında Azərbaycan-Ermənistan münaqişəsinin həllindən danışıb

ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonrakı ilk 10 ayı da daxil olmaqla səkkiz müharibəni sonlandırdığını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Konqresdə çıxışı zamanı danışıb.

“Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda, İsrail və HAMAS arasında müharibələrdir”, - Tramp əlavə edib.