18:44
728
Prezident Donald Tramp avqustun 8-də Vaşinqtonda tarixi Zirvə görüşünə ev sahibliyi etdikdən sonra ABŞ–Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün komandam dayanmadan, fasiləsiz şəkildə çalışır.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon “Popeyes Azerbaijan”ın açılış mərasimində bildirib.
Diplomat ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin bu yaxınlarda Azərbaycana mühüm səfər etdiyini xatırladıb.
“Azərbaycan və ABŞ regional konnektivlik, qarşılıqlı ticarət və investisiya, eləcə də müdafiə və təhlükəsizlik sahələrini əhatə edəcək Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı. Vitse-prezident Azərbaycanda səfərdə olduğu vaxt ABŞ Ticarət Palatasından böyük bir nümayəndə heyəti də Bakıda idi. Onlar 10 şirkət gətirməyi planlaşdırırdılar, lakin nəticədə 30 şirkət və 60 nümayəndə ilə gəldilər”, - müvəqqəti işlər vəkili qeyd edib.