İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Mart 16:52
2 044
Azərbaycan indiyə qədər biznes nümayəndələri də daxil olmaqla 500-ə yaxın rusiyalıya İranla sərhədi keçmək üçün icazə verib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Mənbənin agentliyə bildirdiyinə görə, icazələr Rusiya tərəfinin sorğuları əsasında verilir.
"Sərhədi keçmək üçün təxminən 500-ə yaxın icazə verilib. İranda fəaliyyət göstərən Rusiya təşkilatlarının və şirkətlərinin nümayəndələri artıq sərhədi keçiblər", - deyə mənbə bildirib.
Mənbə bildirib ki, "Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsi məsələsində Rusiya Federasiyasına maksimum dəstək göstərir".
Qeyd edək ki, Rusiyanın Tehrandakı səfirliyi “Telegram” kanalında rusiyalıların İrandan təxliyə olunmaq üçün iki keçid məntəqəsindən - Azərbaycan və Ermənistan sərhədindən keçə biləcəklərini açıqlayıb.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309