İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Mart 19:35
1 995
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309