İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Mart 16:05
1 533
Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "X" hesabında bildirib.
"Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir", - o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309