13:33
938
Bakı və Kişinyov arasında birbaşa uçuşların başlanması insanlar arasında əlaqələrin təşviqində müsbət amil oldu.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün beynəlxalq platformalarda iki ölkə arasında olan əməkdaşlıq gündəliyi barədə də danışıblar: “Bir sıra təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq, bir-birimizin təşəbbüslərinə, namizədlərinə dəstək praktikası barədə danışdıq. Azərbaycan aktiv xarici siyasət həyata keçirir, təşəbbüslərimiz var. Bu təşəbbüslərin hər birində Moldovadan dəstək görmüşük”.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, insanların qayıdışı barədə həmkarını məlumatlandırıb: “Digər tərəfdən, Yaxın Şərqdə son hərbi əməliyyatların başlanması bilavasitə Azərbaycana təsir edir. Bu barədə də son qiymətləndirmələrimizi bölüşdüm”.
20:01
308
19:34
511
19:03
861