10:28
763
Beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkmişik.
Bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Biz faktiki olaraq cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Bu da bir daha göstərir ki, nəticə əldə etmək üçün güclü siyasi iradə, cəsarət və sülh və ədalət işinə sadiqlik nümayiş etdirmək lazımdır. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Bunu BMT Nizamnaməsinə və özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəyə uyğun şəkildə etdik. İşğal olunmuş əraziləri güc yolu ilə azad etdik və sülhə siyasi vasitələrlə nail olduq. Beləliklə, mən deyərdim ki, hazırda qlobal miqyasda nadir bir təcrübəmiz var, 1 milyon insanın etnik təmizləməyə məruz qaldığı, ərazisinin təxminən 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında qaldığı bir ölkə kimi... Biz, həmçinin, beynəlxalq diqqətin çatışmazlığından və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından da əziyyət çəkmişik”, - dövlət başçısı qeyd edib.
11:44
413
11:38
427
11:38
455