Paşinyan: Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bizim lehimizə səs verəcək
Məhkəmə “Krokus”da terror aktı törətmiş 4 nəfəri ömürlük həbs cəzasına məhkum edib
Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhəsi yoxdur
Paşinyan: Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir
11:44
679
Təhlükələrə qarşı birlikdə cavab vermək üçün etimadı bərpa etməliyik.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Ümid edirik ki, müzakirələr builki Ümumdünya Sağlamlıq Assambleyasında başa çatacaq və Pandemiya Razılaşması imzalanmaq üçün qüvvəyə minəcək. Bu proses asan deyil, amma dəyərli olan heç bir iş asan deyil. Ölkələr bunu xeyirxahlıq və ya idealizm üçün etmir, onlar bunu milli maraqları üçün edirlər. Fərqləri aradan qaldırmaq deyil, ortaq riskləri idarə etmək çoxtərəfli əməkdaşlığın mənasıdır. Lakin çoxtərəfli sistem hələ də təhdid altındadır, xüsusən də ABŞ-ın yaratdığı beynəlxalq əməkdaşlıq sistemindən geri çəkilməsi fonunda. Ötən il ÜST prioritetləşmə və yenidən qurulma mərhələsindən keçdi. Mən əminəm ki, təşkilat bu vəziyyətdən daha güclü, fokuslanmış və müstəqil çıxacaq. Biz eyni planetdə, eyni DNT və eyni təhlükələrə sahib tək bir növük. Nəticədə, gələcəyimiz yalnız ümumi gələcəkdir. Suallar əməkdaşlığın ideallığı deyil, seçimi ilə bağlıdır. Təhlükələrə qarşı birlikdə cavab vermək üçün etimadı bərpa etməliyik”, - ÜST-nin baş direktoru vurğulayıb.
12:40
504
12:36
546
12:35
546