İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 Mart 17:00
2 779
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, başsağlığında deyilir: "Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 302