Gürcüstan XİN rəhbəri: Azərbaycanla münasibətlər olduqca intensivdir Siyasət

Gürcüstan XİN rəhbəri: Azərbaycanla münasibətlər olduqca intensivdir

Gürcüstanla Azərbaycan arasında münasibətlər olduqca intensivdir. Münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə dövlət səfərini şərh edərkən deyib.

O qeyd edib ki, yüksək vəzifəli dövlət rəsmilərinin görüşləri çox vacib əhəmiyyət kəsb edir.

"Strateji tərəfdaşımız, qonşumuz və dost ölkəmizin dövlət başçısının Gürcüstana səfəri bizim üçün çox vacibdir. Azərbaycan Prezidentinin Gürcüstanın baş naziri və dövlət başçısı ilə görüşləri olacaq. Xüsusilə regionda gedən proseslər fonunda qonşu və dost dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir. Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində bütün mühüm məsələləri müzakirə edəcəyik", - Boçorişvili əlavə edib.