Hindistan: "Hörmüz boğazında gəmiçilik azadlığı bərpa olunmalıdır" Dünya

Hindistan: "Hörmüz boğazında gəmiçilik azadlığı bərpa olunmalıdır"

Hindistan ümid edir ki, ABŞ və İran arasındakı müharibədə atəşkəs elan edildikdən sonra Yaxın Şərqdə davamlı sülh bərqərar olacaq və Hörmüz boğazı vasitəsilə gəmilərin maneəsiz keçidi təmin ediləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz əldə olunmuş atəşkəsi alqışlayırıq və ümid edirik ki, bu, Qərbi Asiyada davamlı sülhün bərqərar olmasına gətirib çıxaracaq", — deyə qurumdan bildirilib.

"Münaqişə artıq insanlara böyük əzablar verib, qlobal enerji təchizatını və ticarət zəncirlərini pozub. Biz Hörmüz boğazı vasitəsilə gəmiçilik azadlığının və qlobal ticarət axınlarının maneəsiz təmin olunacağını gözləyirik", — deyə Hindistan XİN vurğulayıb.

Məryəm Quliyeva