Tehranda Əli Xameneinin "40 mərasimi" keçirilir Gündəm

Tehranda Əli Xameneinin "40 mərasimi" keçirilir

İranın ali lideri Əli Xameneinin ölümündən 40 gün keçməsi münasibətilə Tehranda anım mərasimi keçiriləcək. Mərasim ABŞ ilə elan edilmiş iki həftəlik atəşkəsdən sonra, çərşənbə günü baş tutacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Tehranın yol polisinin rəisi Əbülfəzl Musavipura məlumat verib.

IRNA agentliyinin sitat gətirdiyi rəis bildirib ki, yerli vaxtla saat 07:00-dan etibarən şəhərin mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub, mərasimin özü isə saat 09:30-da başlayacaq.

Məryəm Quliyeva