Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Ər-Riyada yollanır Gündəm

Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Ər-Riyada yollanır

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas çərşənbə günü Ər-Riyada yola düşür. Orada onun Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem əl-Budeyvi, habelə regionun bir sıra digər nümayəndələri ilə görüşləri planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, səfər təhlükəsizlik mülahizələrinə görə gizli saxlanılıb. Nəşr Aİ nümayəndəsinin bu sözlərini sitat gətirib: "Bu, region üçün təhlükəli bir məqamdır. Fars körfəzi ölkələri özlərinin seçmədiyi bir münaqişəyə sürükləniblər". Politico qeyd edir ki, Kallasın vəziyyətdən mümkün diplomatik çıxış yollarını müzakirə edəcəyi gözlənilir.

Məryəm Quliyeva