Tramp 11 nəfəri əfv edib
14:49
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
8 Aprel 12:00
5 005
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib.
Bu barədə AZƏRTAC-a 29 yaşlı idmançı özü məlumat verib.
110 kiloqram çəki dərəcəsində çıxış edən atlet ötən il aldığı zədəyə görə ağrılarının yenidən baş qaldırdığını bildirib: “2025-ci ildə keçirilən dünya çempionatı zamanı dizimdən aldığım zədə hələ də tam sağalmayıb. Buna baxmayaraq, ötən il Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında iştirak etdim, uğurlu nəticələr qazandım. Bundan sonra ağrılarım artmağa başladı. Mənim üçün çətin dönəm idi. Hazırda bərpa prosesi keçirəm. Tam sağaldıqdan sonra yenidən yarışlara qatılacağam”.
Xatırladaq ki, aprelin 19-dan 26-na kimi keçiriləcək Avropa çempionatı üçün Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytındakı siyahıda Tehran Məmmədov (65 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Alməmmədov (79 kiloqram) və Əli Şükürlünün (110 kiloqram) adları qeyd edilib.
3 İyul 20:12
1 162
3 İyul 19:00
1 127
3 İyul 15:32
1 183