8 Aprel 11:11
2 240
Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsialqışlayırıq.
Bu barədə XİN-dən məlumat verilib.
"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk. Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq", - XİN-dən bildirilib.
Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb.
"Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - məlumatda qeyd olunub.
21:52
560
21:51
896
20:48
868