ABŞ neftin qiyməti üzrə proqnozunu 18–22% intervalında artırıb İqtisadiyyat

ABŞ neftin qiyməti üzrə proqnozunu 18–22% intervalında artırıb

ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 78,84 ABŞ dollarından 96 dollaradək (+21,8%) artırıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 87,41 dollar (öncəki proqnoz – 73,61 dollar, artım – 18,7%) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 76,09 dollar (öncəki proqnoz – 64,47 dollar, 18% artım), WTI-nın isə 72,43 dollar (öncəki proqnoz – 60,81 dollar, 19,1% artım) olacaq.

Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.