Rusiya Azərbaycandan niyə əl çəkmir? Siyasət
Dövlət Dumasının sədri Sergey Narışkin həftəsonu Bakıya gəlir
Cavid
Ukrayna hadisələrindən sonra Qərbin təzyiqləri ilə üzləşən və Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək istəyən Rusiya Azərbaycana üz tutmaq məcburiyyətində qalıb. Xüsusən də Avrasiya İttifaqının yaradılması ərəfəsində rəsmi Moskva Bakı ilə münasibətlərinə yenidən baxmağa qərar alıb. Rusiya rəsmilərinin son vaxtlər Bakıya axışması, srağagün isə Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasında telefon danışığı bunu deməyə əsas verir ki, Kreml Azərbaycanla bağlı siyasətində korrektələr etməyi düşünür.
Amma bu korrektənin rəsmi Bakının maraqlarına cavab verib verməyəcəyi hələlik məlum deyil. Ekspertlər iki dövlət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək məsələlərin müzakirəsi üçün Moskva tərəfindən Bakıya göndərilən diplomatların səfərlərini təqdirəlayiq hesab edirlər. Lakin burada əsas məsələ Qarabağ münaqişəsinin həllidir ki, Moskva hələ də bu məsələdə qəti addım atmaq fikrində deyil.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də Azərbaycana səfər edəcəyi bildirilir. Məlumat görə, Narışkin ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyasında iştirak etmək üçün Bakıya gələcək.
Duma sədrinin səfərinin 28 iyun tarixində baş tutacağı bildirilir. Narışkin Bakıda keçiriləcək iclas zamanı Ukraynadakı hazırkı vəziyyətlə bağlı beynəlxalq konfransın təşkil edilməsi barəsində təklif irəli sürəcək.
Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə Assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.
İyunun 30-da isə Ukrayna ilə bağlı debatların keçirilməsi nəzərdə tutulub.
Ekspert Tofiq Əsgərovun sözlərinə görə, Rusiya Krımı ilhaq etməklə özünü saldığı geosiyasi dalandan çıxmaq istəyir: "Moskva üçün bu çıxış yollarından biri, bəlkə də birincisi Azərbaycandan keçir. Son bir ay ərzində Rusiya ilə Azərbaycan arasında rəsmi səfərlərin artması yuxarı səviyyədə gedən ölkələrarası danışıqların intensivləşməsindən xəbər verir.
Rusiyadan Azərbaycana gələn rəsmilərin sayının daha çox olması deməyə əsas verir ki, Moskva Bakı ilə intensiv danışıqların aparılmasında daha çox maraqlıdır. Qısa müddət ərzində iqtisadi inkişaf naziri Ulukayevin, xarici işlər naziri Lavrovun gəlişi, baş nazirin müavini Roqozinin və Dumanın sədri Narışkinin gözlənilən səfərləri bunu sübut edir. Qərbdən Qarabağ probleminin həlli ilə bağlı müsbət cavab alan Azərbaycan sülhə nail olmaq üçün Rusiyanın mövqeyinin öz lehinə çevrilməsini istəyir. Yaranmış vəziyyətdə Qarabağ probleminin həlli Rusiyanın mövqeyindən asılıdır".
Ekspertə görə, Rusiya 5-6 il ərzində mühüm gəlir mənbələrindən, eyni zamanda, geosiyasi təsir imkanlarından məhrum ola bilər: "Ukrayna rəhbərliyinin son bəyanatlarından aydın olur ki, Moskvanın bu ölkənin ərazisindən qaz ixrac etməsi pis halda ilin sonuna kimi, yaxşı halda bir neçə il ərzində dayandırılacaq. Rusiyanın alternativ qaz kəməri olan "Cənub axını" layihəsinin icrası da Avropa Birliyi tərəfindən dayandırılıb. Moskvanın bu halda yeganə çıxış yolu qalır: Avropanın alternativ mənbədən qaz almasının qarşısını almaq və bununla da, Brüsseli yenidən Moskva ilə işbirliyinə sövq etmək. Alternativ mənbə kimi 2019-cu ildə işə düşəcək TANAP layihəsi göstərilə bilər. Rusiya üçün layihənin ümumiyyətlə işə düşməməsi, yaxud ən azından Türkmənistan və İranın bu layihəyə qoşulmaması sərfəlidir. Çünki Azərbaycan bu boru vasitəsilə Avropaya cəmi 10 milyard kub metr qaz ixrac edəcək. Bu rəqəmlə Azərbaycan Rusiya üçün ciddi rəqib hesab oluna bilməz. Lakin Türkmənistan və İran qazının bu layihəyə qoşulması Rusiyanın biznes planlarının üzərindən xətt çəkir.
Lavrovun Azərbaycana səfəri zamanı verdiyi açıqlamalarda Xəzərin statusu ilə bağlı Həştərxanda keçiriləcək görüşləri xatırlatması da Moskvanın Xəzərin statusunun müəyyən edilməsini yubatmaqla Transxəzər boru xəttinin çəkilməsinə və bununla Türkmənistanın layihəyə qoşulacağına maneə törədəcəyinə işarə ola bilər. Doğrudur, Rusiya müxtəlif bəhanələrlə ümumi razılaşmanın əldə olunmasını yubada bilər. Ancaq söhbət ondan gedir ki, nə Türkmənistanın, nə də Azərbaycanın Rusiya ilə Xəzərin bölünməsi ilə bağlı ciddi mübahisəsi mövcud deyil. Mübahisə İranladır, Tehrana isə Moskvanın təsiretmə gücü əvvəlki kimi deyil. Çünki İrana qarşı sanksiyalar ləğv edilib və artıq farslar da Avropaya qaz ixrac etməkdə və Avropa bazarında Rusiya kimi rəqibdən qurtulmaqda maraqlıdır. Tehran Türkmənistana da Avropa bazarındakı rəqibi kimi baxır və yalnız buna görə status məsələsinin yubanmasını istəyə bilər. Lakin İran Avropanın təzyiqləri qarşısında uzun müddət tab gətirə bilməz və geri çəkilməyə məcbur olacaq. Rusiya anlayır ki, Avropaya qaz ixrac etmək fikrində olan dövlətlərin heç birinə real təsir imkanları yoxdur. Moskva yalnız Azərbaycana, o da, Qarabağ amili ilə təsir göstərmək imkanına malikdir. Təbii ki, Qarabağ kartını oynamaq özlüyündə Rusiya üçün təhlükəlidir, çünki Moskva ümumiyyətlə, Qafqazı itirə bilər. Azərbaycanın onsuz da Rusiyadan hansısa iqtisadi asılılığı mövcud deyil və yalnız Qarabağ probleminin həlli üçün Moskva ilə "strateji" adlandırılan münasibətləri saxlamaqdadır. Ermənistan isə, Rusiyaya öz təhlükəsizliyinin qarantı kimi baxır və Putinin Avrasiya İttifaqına qoşulmasının yeganə səbəbi də Rusiyanın köməyi ilə status-kvonu saxlamaq ümididir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, Ermənistan Avropaya inteqrasiya yolunda digər ölkələri də geridə qoyacaq. Avropa da Ermənistanı qəbul etməyə daha həvəsli olacaq, nəinki Türkiyəni, yaxud Azərbaycanı".
Təbii ki, Rusiya bu amili anlayır və Ermənistanı, ardınca isə bütöv Cənubi Qafqazı itirmək fikrində deyil. Deməli, Qarabağ problemini də Azərbaycan istədiyi formada həllinə razılıq verməyəcək.
Güman etmək olar ki, Moskva Ermənistanla yanaşı Azərbaycana da Avrasiya İttifaqına üzv olmağı təklif edə bilər. Bunun əvəzində, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun boşaldılmasını təmin edə, Qarabağın statusunu isə qeyri-müəyyən vaxta təxirə sala bilər. Dağlıq Qarabağda həm erməni, həm də Azərbaycan icmasının yaşaması razılaşdırılar, təhlükəsizliyin təminatı isə Rusiya sülhməramlılarına, yada Avrasiya İttifaqının üzvlərinin müştərək hərbi qüvvələrinə (ittifaqın nüfuzunu daha da artırmaq baxımından) həvalə oluna bilər. Bu baş verərsə, Rusiya bölgəyə silahlı qüvvələrini yeritməklə Cənubi Qafqazda nəzarəti daha da gücləndirər, TANAP layihəsini öz sərhədləri daxilinə keçirər və Avropanı yenə də özündən asılı saxlayar. Bəs Azərbaycan bu variantla razılaşa bilərmi? Hansısa mənada razılaşa bilər, ancaq müəyyən şərtlərlə. Məsələn, statusu müəyyən olunmayan Qarabağda beynəlxalq sülhməramlı kimi Türkiyə qoşunları da yerləşdirilərsə. Bəlkə də, Türkiyənin Avrasiya İttifaqına üzv olmaq istəyi bununla bağlıdır. Lakin Türkiyənin İttifaq üzvlüyü birliyin xarakterini dəyişəcək və Rusiyanın hegemon rolunu kölgəyə salacaq. Buna görə Moskvanın bu variantla razılaşmayacağını indidən demək olar. Hər halda zaman Rusiyanın ziyanına işləyir".