Azərbaycan Prezidenti: Njde ilə Molotovu eyniləşdirən ölkə rəhbərindən nə gözləmək olar? Siyasət
- 26 Noyabr 2019 22:28
- 1 477
Njde ilə Molotovu eyniləşdirən ölkə rəhbərindən nə gözləmək olar?
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.
Prezident İlham Əliyev bildirib: "Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!
Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır".
- 25 May 18:57
- 1 211
- 25 May 18:56
- 980
- 25 May 12:30
- 1 351
-
“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı protokol təsdiq edilib
-
Prezident İlham Əliyev əfv sərəncamı imzlayıb
-
Paşinyan Qazaxla sərhəddə yerləşən kəndlərdə görüş keçirir
-
Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub
-
Növbəti köç karvanı Şuşaya çatıb - FOTO
-
BP-nin regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
-
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk
-
Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
-
Sadır Japarov Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
-
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
-
Elektrik enerjisinə dair tariflər tənzimlənəcək
-
Qüdrət Həsənquliyev: “Proporsional seçki sistemi bərpa olunmalıdır” - Müsahibə
-
Etibarlı münasibətlər
-
Yeddi gün “Məlikov”da…
-
Azərbaycan neftinin qiyməti cüzi azalıb
-
Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib
-
Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır
-
Bəzi yerlərdə şimşək çaxıb, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
-
Professor Namiq Əliyevin kitab təqdimatı keçirilib
-
Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb
-
Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib"
-
Səfir: Azərbaycanla dostluq əlaqələrini genişləndirmək Gürcüstan üçün prioritetdir
-
Kuleba Putinin Ukraynadakı müharibəni sonlandırmaq istəyinin olmadığını bildirib
-
Putin: Zelenskinin legitimliyi bitib
-
Stoltenberq Estoniya Baş naziri ilə Rusiya sərhədindəki vəziyyəti müzakirə edib
-
Putin taktiki nüvə silahı təlimlərindən danışıb
-
Azərbaycanda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
-
Xətai rayonunda “Azərbaycanım” mövzusunda VII Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etməyib
-
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
-
Ermənistan Rusiya ilə sərhəd insidentinə görə Estoniyaya dəstəyini ifadə edib
-
Beynəlxalq axtarışda olan 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
-
Ermənistan MDB Oyunlarını keçirməkdən imtina edib
-
Beynəlxalq Ədalət Məhkəməsi İsraildən dərhal Rəfahda hərbi əməliyyatları dayandırmasını tələb edir
-
Büdcəyə gömrük xətti ilə 2 mlrd. manata yaxın vəsait daxil olub
-
Borrell: İsrail tənqidi qəbul etməlidir
-
Azərbaycanın Xalq artisti vəfat edib
-
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
İran prezidenti Rəisinin həyatına sui-qəsd olunub?
-
İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verib
-
Azərbaycanla NATO arasında gələcək planlar müzakirə edilib
-
Yeni Kaledoniya XİN rəhbəri: Fransa Metropoliyasından gətirilən şəxslərin sayı yerli Kanak xalqını boğur
-
MİT İraqda 2 PKK üzvünü zərərsizləşdirib
-
Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb
-
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib
-
Rusiya Ermənistandakı səfirini geri çağırıb
-
“Gürcü Arzusu” Blinkenin sanksiyalarla bağlı bəyanatına cavab verib
-
Zahid Oruc:” Əgər varsa, qara qutudan bu dövlətlərin əli çıxmayacaq”!
-
Nazirlik pensiya artımı məsələsinə aydınlıq gətirib
-
Zelenski Xarkova gedib
-
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib
-
18 yaşa çatmamış nişanlanmanın qadağan edilməsi təklif olunub
-
Tarın dili ilə danışmağı bacaran gənc musiqiçi
-
Qazaxın 4 kəndi qaytarıldı: Azərbaycan hərb meydanında qələbəsini diplomatik sahədə davam etdirir - TƏHLİL
-
“Qanuna hərbçilərlə bağlı çox ədalətsiz müddəa daxil edilib”
-
Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO
-
İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti azalır
-
Hande Harmancı: Xərçəngə qarşı peyvəndin Azərbaycanın milli təqviminə salınması istiqamətində işlər görülür
-
DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır