Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
24 May 2024 19:20
4 123
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynada hakimiyyətin legitimliyi ilə bağlı sualın cavabını ölkə konstitusiyasında axtarmaq lazımdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Ukraynada hakimiyyətin legitimliyi ilə bağlı hüquqi təhlil lazımdır.
"Rusiya hesab edir ki, Zelenskinin legitimliyi bitib. Rusiya Ukrayna ilə danışıqları bərpa edərkən, sənədləri imzalayarkən bunu kiminlə edə biləcəyini və etməli olduğunu başa düşməlidir", deyə Putin qeyd edib.
O qeyd edib ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib. Putinin sözlərinə görə, 2022-ci il İstanbul razılaşmaları həm Kiyevi, həm də Moskvanı qane edirdi.
"Moskva görür ki, Ukrayna üzrə danışıqlara qayıtmaq zərurəti ilə bağlı söhbətlər yenidən başlayıb. Qoy qayıtsınlar. Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin artıq əldə olunmuş razılaşmalar əsasında danışıqlara qayıtmaq mümkündür", deyə Putin vurğulayıb
16 Oktyabr 15:59
777
16 Oktyabr 15:50
791
16 Oktyabr 13:55
861