Husilər Səudiyyə Ərəbistanının Əbha hava limanına raket zərbəsi endirib
Fransa Silahlı Qüvvələri döyüş başlığı olmayan yeni nüvə raketini sınaqdan keçirib
Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
24 May 2024 14:50
3 290
İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanda nikahla bağlı 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır: “18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib: “Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir. Biz nişanlanma sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün işləyirik”.