Tovuzda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var - FOTO
İran XİN: İsrail və ABŞ İsfahandakı UNESCO siyahısına daxil olan sarayı zədələyib
Qətər XİN: Fars körfəzində enerji obyektlərinə hücumlar iqtisadiyyata təsir edəcək
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO - FOTO
11 Avqust 2020 10:28
2 373
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.