Prezident İlham Əliyev: Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da! Siyasət
- 10 Noyabr 2020 08:17
- 1 715
Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!"
- 18:57
- 609
- 11:23
- 1 078
- 11:18
- 1 253
-
ETSN: Çaylarda suyun səviyyəsi izlənilir
-
Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb
-
Sabah Bakıda küləyin 15-20 m/s-dək güclənəcəyi gözlənilir
-
Yepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir
-
Vüqar Rəhimzadə: Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir
-
Makron 24 ildə ilk dəfə Almaniyaya səfər edən Fransa lideri olacaq
-
Qəzzada ölənlərin sayı 36 minə çatıb
-
İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir
-
Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
-
Bakıda binada yanğın olub, 6 nəfər təxliyə edilib
-
Güclü külək Goranboyda fəsadlara yol açıb
-
Bəzi yerlərdə leysan olub, Şahdağda qar yağıb
-
Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur - FOTO
-
16 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamının icrasına başlanılıb - FOTO
-
Ermənistanda subasma nəticəsində 1 nəfər ölüb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə təbrik məktubu ünvanlayıb
-
Tbilisidə hərbi parad keçirilir - FOTO
-
Ədliyyə Nazirliyində yeni təyinat olub
-
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb - FOTO
-
“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı protokol təsdiq edilib
-
Prezident İlham Əliyev əfv sərəncamı imzlayıb
-
Paşinyan Qazaxla sərhəddə yerləşən kəndlərdə görüş keçirir
-
Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub
-
Növbəti köç karvanı Şuşaya çatıb - FOTO
-
BP-nin regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
-
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk
-
Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
-
Sadır Japarov Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
-
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
-
Elektrik enerjisinə dair tariflər tənzimlənəcək
-
Qüdrət Həsənquliyev: “Proporsional seçki sistemi bərpa olunmalıdır” - Müsahibə
-
Etibarlı münasibətlər
-
Yeddi gün “Məlikov”da…
-
Azərbaycan neftinin qiyməti cüzi azalıb
-
Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib
-
Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır
-
Bəzi yerlərdə şimşək çaxıb, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
-
Professor Namiq Əliyevin kitab təqdimatı keçirilib
-
Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb
-
Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib"
-
Səfir: Azərbaycanla dostluq əlaqələrini genişləndirmək Gürcüstan üçün prioritetdir
-
Kuleba Putinin Ukraynadakı müharibəni sonlandırmaq istəyinin olmadığını bildirib
-
Putin: Zelenskinin legitimliyi bitib
-
Stoltenberq Estoniya Baş naziri ilə Rusiya sərhədindəki vəziyyəti müzakirə edib
-
Putin taktiki nüvə silahı təlimlərindən danışıb
-
Azərbaycanda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
-
Xətai rayonunda “Azərbaycanım” mövzusunda VII Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etməyib
-
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
-
Ermənistan Rusiya ilə sərhəd insidentinə görə Estoniyaya dəstəyini ifadə edib
-
Beynəlxalq axtarışda olan 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
-
Ermənistan MDB Oyunlarını keçirməkdən imtina edib
-
Beynəlxalq Ədalət Məhkəməsi İsraildən dərhal Rəfahda hərbi əməliyyatları dayandırmasını tələb edir
-
Büdcəyə gömrük xətti ilə 2 mlrd. manata yaxın vəsait daxil olub
-
Borrell: İsrail tənqidi qəbul etməlidir
-
Azərbaycanın Xalq artisti vəfat edib
-
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
İran prezidenti Rəisinin həyatına sui-qəsd olunub?
-
İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verib