“Dünya tarixçiləri Xocalı soyqırmını XX əsrin ən dəhşətli favciələri olan Xatın, Lidise faciələri ilə müqayisə edirlər” Layihə

“Dünya tarixçiləri Xocalı soyqırmını XX əsrin ən dəhşətli favciələri olan Xatın, Lidise faciələri ilə müqayisə edirlər”

Fuad Hüseynzadə: “Xocalı və Lidiçe faciələri baxımıdan Azərbaycan və çex xalqarı oxşar acı taleləri yaşayıblar”

“Azərbaycanın xarici siyəsətində dünyanın bütün dövlətləri ilə sıx əməkdaşlıq mühüm yer tutur. Mərkəzi-Şərqi Avropa ölkəsi olan Çexiya da Azərbaycanın mühüm tərəfdaşlığı olan ölkələrdən biridir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. O, bildirib ki, Çex Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb: “İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulub.

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust 2007-ci ildə təsis olunub. Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunub.

2015-ci ildə “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Dövlət başçıları səviyyəsində iki ölkə arasında əldə olunmuş razılaşmalar münasibətlərin daha sürətli templə inkişaf etdirib. Məhz buna görə də energi, iqtisadiyyat, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq ildən-ilə genişləndirilir. Bu baxımdan parlamentlərarası əməkdaşlığın inkişafı da mühüm rol oynayır. Onu da bildirək ki, Azərbaycan Respublikasının Milli Məclisində 2011-ci il 8 aprel tarixində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Çex Respublikası Parlamentinin aşağı palatası olan Deputatlar Palatasında 2011-ci il 19 iyul tarixində Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu təsis edilib. Çex Respublikası Parlamentinin yuxarı palatası olan Senatda 2012-ci il 24 may tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Sözügedən qrup Deputatlar Palatasında fəaliyyət göstərən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkib hissəsidir.

Çox müsbət haldır ki, Çexiya işğal dönəmində belə Azərbaycanın haqlı mövqeyini və bu problemə dair beynəlxalq təşkilatların qətnamə və qərarlarını dəstəkləyib. Elə bu siyasətin tərkib hissəsi olaraq 7 fevral 2013-cü il tarixində Çexiyanın Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarı yekdilliklə qəbul edib”.

F.Hüseynzadə diqqətə çtdırıb ki, Xocalı soyqırmı erməni silahlı dəstələri tərəfidən azərbaycanlılara qarşı törədilmiş bəşəriyyətin ən müdhiş faciələrindədn bidir: “Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qocalardır. Xocalı faciəsində 8 ailə bütovlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Onlardan bəziləri diri- diri yandırılıb, başları kəsilib, bədən üzvlərinin dərisi soyulub, bədən üzvləri kəsilib götürülüb, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb.

Artıq azərbaycanlılar Xocalıya qayıdıblar və qanlı erməni cinayətkarlarının istintaq ifadələri yeni cinayət izlərini üzə çıxarıb. Erməni vandalizminin qurbamnı olan və kütləvi məzarlıqda basdırılan xocalıların şəxsiyyəti müəyyən edilərək Xocalı Şəhidlər Xyabanında dəfn edilib. Azərbaycan qalib dövlətdir və öz torpaqlarımızı düşmən işğalından azad etmişik. Şəhidlərimizin ruhu şaddır”.

F.Hüseynzadə əlavə edib ki, amma bizim hələ mübarizəmiz davam etməlidir və edir: “Xocalı soyqırımı ilə bağlı fəaliyyətimiz ciddi şəkildə davam etməlidir. Bu istiqamətdə müxtəlif və yeni layihələr həyata keçirilməlidir.

Qeyd edək ki, dünya tarixçiləri Xocalı soyqırmını XX əsrin ən dəhşətli favciələri olan Xatın, Lidise faciələri ilə müqayisə edirlər. Xocalı və Lidiçe faciələri baxımıdan Azərbaycan və çex xalqarı oxşar acı taleləri yaşayıblar. Tarixdən məlumdur ki, Praqanın şimal-qərbində yerləşən Lidiçe qəsəbəsində 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilmiş, 340 insanın, o cümlədən 88 uşağın həyatına son qoyulub. Lidiçe qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, əhalisi terrora məruz qalıb.

Onu da əlavə edək ki, Çexiyadakı Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə 2007-ci ildən indiyədək bir neçə dəfə fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib. Çex rəsmilərinin də iştirakı ilə keçirilən tədbirlərdə Xocalı və Lidiçe faciələrinin qurbanlarının xatirəsi ehtiramla yad olunub, xatirə kompleksi önünə əklil, gül-çiçək dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub və şamlar yandırılıb.

2010-cu ilin martın 1-də isə Xocalı Şəhər İcra Hakimiyyəti ilə Lidiçe Xatirə Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanması baş tutub. Həmçinin Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlığı haqqında protokol imzalanıb.

Bu sənəd şəhərlər arasında birbaşa əməkdaşlıq əlaqələr qurmağı, xalqlar arasında mədəni əlaqələrin yaranmasına dəstək verməyi və sosial-mədəni sahədə əməkdaşlıq istiqamətində digər bir sıra öhdəlikləri nəzərdə tutub. Memoranduma görə, Lidiçe Xatirə Kompleksi və Xocalı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı əsasən qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidiçe sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarindan istifadə üçün şəraitin yaradilmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də birgə nəşlərin layihəsinin hazırlanmasını və tarixi materiallarin çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edir”.

Onun sözlərinə görə, 2010-cu ildə Praqada imzalanmış memorandumda göstərilib ki, Çexiyanın Lidise şəhərində Xocalı və Azərbaycanın Xocalı şəhərində Lidise küçələri açılımalıdr: “Praqa şəhərinin ali rəhbər orqanları bununla bağlı qərar veriblər. Qərarın digər bir bəndində Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması nəzərdə tutulur.

Xocalı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə “Lidiçe” adı verilib və küçə əsaslı təmir olunub. 2011-ci ilin iyulun 8-də Çexiyadan gələn qonaqlar və Çexiyanın Azərbaycandakı səfirinin iştirakı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki Lidise küçəsinin təntənəli açılış mərasimi keçirilib.

Qeyd edək ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılar Çexiyanın Lidiçe qəsəbəsində və Xocalıda həlak olan günahsız insanların xatirəsinə abidələr də ucaldıb. 2012-ci ilin 13 iyununda bu abidələrin açılışı olub.

Mütəmadi olaraq iyun ayında Lidise faciəsinin ildönümü Aşağı Ağcakənd qəsəbəsində qeyd edilir. Faciə qurbanlarının xatirəsi yad edilir. Lidiçe küçəsində yerləşən Xocalı şəhər 4 saylı orta məktəbində Lidiçe və Xocalı faciələrinə həsr olunmuş sərgi keçirilib. Qəsəbənin Mədəniyyət evində Lidise şəhərində törədilmiş faciə ilə bağlı sənədli film nümayiş etdirilib. Çexiyadan gəlmiş qonaqlar və Çexiyanın Azərbaycandakı səfiri bu tədbirlərdə iştirak ediblər.

Bakı Slavyan Universitetində 2010-cu ildən Çex Dili və Mədəniyyəti Mərkəz fəaliyyət göstərir. Burada tələbələrə çex dili öyrədilir. Eyni zamanda Çexiyanın mədəniyyəti, tarixi, o cümlədən Lidise faciəsi haqqında məlumat verilir.

Xocalı ilə Lidise arasında mövcud əlaqələr bundan sonra da genişləndirilməlidir. Çünki yer üzündə insanlığa qarşı törədilən soyqırımılarına qarşı birgə etiraz səsinin ucaldılması bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda Xocalı şəhəri artıq azaddır. Hesab edirəm ki, bu istiqamətdə yeni addımlar atılmalıdır”.

Əli