“Konstitusiya və Suverenlik İli”- bir-birini tamamlayan iki tarixi hadisə Layihə

“Konstitusiya və Suverenlik İli”- bir-birini tamamlayan iki tarixi hadisə

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müstəqil dövlətimizin siyasi və hüquqi tarixində ən mühüm mərhələlərdən birini ifadə edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət quruluşunun hüquqi əsaslarını müəyyən edib, xalq hakimiyyətinin, demokratiyanın və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə geniş yol açıb. Bu Konstitusiya yalnız birdövlətin idarəçilik mexanizmini tənzimləyən sənəd deyil, həm də insan hüquq və azadlıqlarını, ədalət və qanunçuluğu, vətəndaş cəmiyyəti prinsiplərini özündə əks etdirən strateji hüquqi baza olub. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yeni ictimai-siyasi şərait formalaşdı. Müstəqil dövlətin qurulması üçün yeni hüquqi əsaslar, müasir idarəçilik mexanizmi və xalqın iradəsinə söykənən qanunvericilik sistemi yaradılmalı idi. Lakin 1991–1993-cü illərdəki siyasi qeyri-sabitlik, idarəetmədə xaos və anarxiyabu prosesi ləngitdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik prinsipləri bərpa olundu, sabitlik təmin edildi və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentSəyavuş Qasımov yazır ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Uzunmüddətli müzakirələrdən, elmi və ictimai debatlardan sonra həmin ilin 12 noyabrında Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olundu. Ulu Öndər Heydər Əliyev demişdir ki, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dünyanın inkişaf etmiş ölkələrinin konstitusiya təcrübəsi, xüsusən də demokratik və hüquqi dövlət quruculuğu prinsipləri əsas götürülüb. Əsas Qanunda dövlətin fəaliyyəti hüquq üstünlüyü və insan azadlıqlarının qorunması üzərində qurulub. Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunub, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlət idarəçiliyinin hüquqi bazasını deyil, həm də cəmiyyətin mənəvi, siyasi və sosial inkişaf istiqamətini müəyyən etmişdir. Bu sənəd dövlət və vətəndaş münasibətlərini hüquqi əsasda tənzimləyir. Demokratiyanın və vətəndaş iştirakçılığının genişlənməsinə şərait yaradır. Hüquq-mədəniyyətin formalaşmasına və vətəndaş məsuliyyətinin artmasına xidmət edir.
Sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə aparılan Konstitusiya islahatları da hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsinə, insan hüquqlarının daha səmərəli qorunmasına və müasir idarəetmə tələblərinə uyğunlaşmaya yönəlib: “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlini, xalq iradəsinin təntənəsini və hüququn aliliyinin rəmzini ifadə edir. 1995-ci il Konstitusiyası ilə Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Bu Konstitusiya həm dövlətin, həm də vətəndaşın hüquqlarını qoruyan, sabitlik və ədalət üzərində qurulan milli Əsas Qanundur.
Azərbaycan xalqı üçün 12 Noyabr tarixi təkcə hüquqi hadisə deyil, həm də dövlətçilik tariximizin şərəfli səhifəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik dövründə qəbul edilən ilk Əsas Qanunu olaraq milli suverenliyimizin və hüquqi dövlət quruculuğumuzun təməlini qoydu. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, azadlıq və ədalət ideallarını özündə əks etdirən, dövlət quruluşunun əsaslarını müəyyən edən ali hüquqi sənəddir.
Konstitusiyanın mühüm bəndlərindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin bir hissəsi işğal altında qaldığından, bu prinsip uzun illər faktiki olaraq pozulmuşdu. 2020-ci il 27 sentyabr – 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirləri isə Qarabağda separatçılığa son qoydu və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Bu hadisə Konstitusiyanın ali məqsədlərindən biri olan suverenliyin təmin olunması prinsipinin reallığa çevrilməsi demək idi. Artıq bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar olub”.
Onun fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” təkcə yubiley xarakteri daşımır, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsasını təşkil edir. Bu dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri — postmüharibə dövründə bərpa, dirçəliş və reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bərpa edilən məhkəmə və inzibati orqanlar, keçirilən bələdiyyə və prezident seçkiləri Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin olunduğunu göstərir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” bir-birini tamamlayan iki tarixi hadisədir. Əgər 1995-ci il Konstitusiyanın qəbulu ilə müstəqil dövlətin hüquqi əsasları qoyulmuşdusa, 2020–2023-cü illərdə əldə olunan tarixi qələbələr nəticəsində Konstitusiyanın ərazi bütövlüyü və suverenlik prinsipi tam reallaşdı. Bu gün Azərbaycan dövləti və xalqı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində hüquqi dövlətin və suveren Azərbaycanın daha da möhkəmlənməsi istiqamətində uğurla irəliləyir.

Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik yolu daim mübarizə, inkişaf və yeniləşmə mərhələləri ilə müşayiət olunub. Tarixin hər bir dönəmində xalqımız azadlıq, ədalət və millisuverenlik uğrunda mübarizəsini davam etdirmiş, bu yolda əldə etdiyinailiyyətləri gələcək nəsillərə miras qoymuşdur. Bu uzun və keşməkeşli yolun ənparlaq mərhələlərindən biri isə müstəqil Azərbaycan RespublikasınınKonstitusiyasının qəbul edildiyi 12 noyabr 1995-ci il tarixidir.
Dövlət müstəqilliyimizin bərpa edilməsindən cəmi bir neçə il sonra qəbulolunmuş Konstitusiya, Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, hüquqivə demokratik dövlət qurmaq əzminin parlaq ifadəsinə çevrildi. O, yalnız dövlətinali hüquqi sənədi deyil, həm də cəmiyyətin mənəvi birliyini, milli ideallarını vəvətəndaş məsuliyyətini özündə ehtiva edən dərin məzmunlu tarixi sənəddir: “Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider HeydərƏliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində mümkün oldu. 1990-cı illərinəvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın qarşısında dövlətidarəçiliyinin hüquqi əsaslarını yaratmaq, sabit və mütərəqqi hüquqi sistemformalaşdırmaq kimi taleyüklü vəzifələr dayanırdı. Heydər Əliyev bu məsuliyyətlimərhələdə Konstitusiya Komissiyasının yaradılmasına təşəbbüs göstərərək, müstəqil dövlətin gələcək inkişaf modelinin hüquqi bünövrəsini müəyyənləşdirdi.Ulu Öndərin rəhbərliyi ilə hazırlanan layihə dərin elmi-nəzəri təhlil, beynəlxalq təcrübə və milli dövlətçilik ənənələrinin vəhdəti əsasında formalaşdı. Nəticədə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum vasitəsilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası, ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında dönüş nöqtəsinə çevrildi”.
O, qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyini, xalqın iradəsini, insan hüquq və azadlıqlarının təminatını hüquqi cəhətdən təsbit edən əsas qanun kimi tariximizdə əbədi yer aldı. Konstitusiya insan hüquqlarının prioritetliyini, hakimiyyətin bölünməsi prinsipini, hüquqi dövlət və vətəndaş cəmiyyətiideyalarını bərqərar etdi. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı, söz və fikir azadlığı kimi dəyərlər Konstitusiyanınəsas sütunlarını təşkil edir.
Ulu Öndər Heydər Əliyev bu sənədin mahiyyətini belə ifadə etmişdi:“AzərbaycanRespublikasının Konstitusiyası xalqımızın azad iradəsinin məhsuludur vəmüstəqil dövlətimizin inkişafının hüquqi təminatıdır.”
Konstitusiyanın qəbulundan sonra ölkədə demokratik islahatların dərinləşməsi, idarəetmənin hüquqi əsaslar üzərində qurulması, insan və vətəndaşhüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövləthakimiyyətinin üç qolu qanunverici, icraedici və məhkəmə hakimiyyətiKonstitusiyada müəyyən edilmiş səlahiyyət bölgüsü əsasında fəaliyyətgöstərməyə başladı ki, bu da hüquqi dövlət quruculuğunun təməlini qoydu: “Azərbaycan Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri də onun milli-mənəvi dəyərlərlə ümumbəşəri prinsipləri harmonik şəkildə birləşdirməsidir. Burada xalqımızın dövlətçilik ənənələri, dil və mədəniyyətin qorunması, vətənəsədaqət və demokratik dəyərlər kimi ideyalar vəhdət təşkil edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinəəsaslanan dövlət idarəçiliyi daha da təkmilləşdirilir, insan hüquqlarının müdafiəsi, sosial ədalət və qanunun aliliyi istiqamətində sistemli islahatlar həyata keçirilir.Məhz bu möhkəm hüquqi dayaqlar üzərində qurulan siyasət, Azərbaycanıregionun ən sabit və dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir.
Konstitusiya Günü təkcə bir hüquqi sənədin qəbul tarixi deyil, həm də xalqınmüstəqillik iradəsinin, dövlətə və qanuna inamının, vətəndaş məsuliyyətininbayramıdır. Bu gün biz Ulu Öndərin yaratdığı hüquqi dövlətin əsaslarını qorumaqvə inkişaf etdirmək kimi böyük məsuliyyət daşıyırıq.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası xalqın azad iradəsininifadəsi, müstəqil dövlətimizin mənəvi-siyasi sütunu və gələcək inkişafımızıntəminatıdır.
12 Noyabr isə hər bir azərbaycanlının qəlbində hüquq, ədalət və vətənə sədaqətduyğularını yenidən oyadan müqəddəs bir gündür”.

Cavid