İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Yanvar 2025 12:07
2 548
“Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib”.
Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, ağacəkmə aksiyası daha sonra Ağdaş rayonunun meşə fondu torpağında keçirilib və ETSN-in Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə ərazidə Şərq çinarı ağacları əkilib. Gün ərzində Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 3500-dən çox ağac əkilib: “Ölkə ərazisinin meşə fondu torpaqlarında növbəti günlərdə də meşəbərpa tədbirləri davam edəcək”.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393

