İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
20 Fevral 2025 11:40
2 618
Bu gün Ağdam şəhərinə media-tur təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, media-tur iştirakçıları ilk olaraq Ağdam 1 nömrəli tam orta məktəbi və 1 nömrəli körpələr evi-uşaq bağçasının binaları ilə tanış olublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli jurnalistlərə burada görülən işlərdən danışıb. Qeyd olunub ki, 960 yerlik Ağdam şəhər 1 saylı tam orta məktəbində müasir sinif otaqları, fənn kabinetləri, laboratoriyalar qurulur.
Ağdam şəhər 1 saylı körpələr evi-uşaq bağçası 160 yerlikdir, burada uşaqlar üçün bütün şərait yaradılıb.
Bildirilib ki, Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə hazırda məktəblər istifadəyə verilib . Xankəndidə bir məktəbin, Ağdərədə bir məktəbin, eyni zamanda Ağdam, Xocalı və Ağdərədə bir neçə uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351








