
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Jurnalistika ictimai fikri formalaşdıran, xüsusilə gənclərin dünyagörüşünün inkişafında müəyyən yeri olan, bir növ nəzarət mexanizmi funksiyasını daşıyan bir sahədir. O ki qaldı, televiziya jurnalistikasına, auditoriya ilə daha sıx təmasda olan aparıcılar bu özəllikləri daha həssaslıqla nəzərdə saxlamalıdırlar. Etik davranış tərzi hamı üçün önəmlidir. Amma kütləvi auditoriyanın qarşısına çıxan və özündə bu haqqı görən aparıcılar peşə etikasına yaxından bələd olmalıdırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova deyib.
O qeyd edib ki, beynəlxalq etik kodekslərlə yanaşı, Azərbaycan jurnalistlərinin də Etik Davranış Prinsipləri qəbul olunub və onlara riayət etmək borcumuzdur.
“Hazırda təəssüf ki, qeyri-ixtisas sahələrindən jurnalistikaya gələnlərin bir qismi bu prinsip və kodekslərdən xəbərsizdir. Nəticədə bəzən aparıcıların efirdə davranışları, danışıqları ictimaiyyətin haqlı narazılığına səbəb olur. Düşünürəm ki, tamaşaçı kütləsinin informasiyalandırılmasını, maarifləndirilməsini qarşıya məqsəd qoyan media subyekti belə məqamları diqqətdə saxlamalıdır. Bu günlərdə aparıcılardan birinin məsuliyyətsizcəsinə, düşünülməmiş dediyi sözlər insanları hiddətləndirdi. Audiovizual Şuranın problemə dərhal reaksiya verməsi əslində bütün aparıcılar, bütövlükdə televiziya işçiləri üçün bir siqnal, bir mesaj oldu”,-deyə X.Hüseynova əlavə edib.
Gənc jurnalistlərə öz tövsiyəsini verən dosent söyləyib ki, karyeraya başlayan kimi efirdə görünməyə, aparıcılıq etməyə tələsməsinlər. “Peşənin incəliklərinə yiyələnin, peşəkar vərdişlərinizi cilalayın. Bəhs edəcəyiniz mövzunu dərindən araşdırın. Səthi biliklər dayaqsız olduğu üçün faydası da az olur. Qeyri-ixtisas sahələrindən jurnalistikaya gələnlər də yaxşı olar ki, jurnalistikanın nəzəri əsaslarını mənimsəməyə çalışsınlar. Düzdür, jurnalistikada praktik bacarıqlar çox önəmlidir, amma nəzəriyyə ilə silahlanmış praktika daha səmərəli nəticələr verər”.