İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Aprel 2025 18:44
3 640
Aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Xalqcebhesi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393