İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Aprel 2025 18:30
2 933
Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.
Bu barədə Xalqcebhesi.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd ounub ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393