İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
23 Aprel 2025 08:04
3 346
ABŞ-ın nəhəng texnologiya şirkətlərindən olan “Intel” bu həftə öz əməkdaşlarının 20%-dən çoxunun ixtisar ediləcəyini açıqlamağa hazırlaşır.
APA xəbər verir ki, “Bloomberg“in yazdığına görə, bu addım şirkət daxilindəki bürokratik maneələri azaltmaq məqsədi daşıyır.
Agentliyin məlumatına görə, bu ixtisarlar “Intel”in idarəetmə strukturunu səmərəli etmək və diqqəti mühəndislik texnologiyalarına yönəltmək üçün həyata keçirilir.
Qeyd olunur ki, şirkət 2024-cü ilin əvvəlində artıq təxminən 15 min işçini ixtisar edib. 2024-cü ilin sonunda şirkətin əməkdaşlarının sayı 108,9 min nəfər təşkil edirdi.
Bu, mart ayında “Intel”in baş direktoru vəzifəsinə Lip-Bu Tanın təyinatından sonra şirkətdə həyata keçiriləcək ilk böyük ixtisar dalğasıdır.
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 358