İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Aprel 2025 12:34
3 815.jpg)
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşdükdən 10 gün sonra taksi sürücüsünün evindən tapılan Aygün Hüseynova və Reyhan Hüseynova sığınacağa yerləşdirilib.
Xalqcebhesi.az Teleqraf-a istinadla xəbər verir ki, yeniyetmə qızlar hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağındadır.
Sığınacağın psixoloqu onlarla söhbət aparıb. Hər iki qıza sosial-psixoloji yardım göstərilib.
Birliyin sədri Kəmalə Ağazadə açıqlamasında A.Hüseynova və R.Hüseynovanın "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirildiyini təsdiqləyib.
Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 358