İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 May 2025 15:52
3 605
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə onların sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.
Xidmətlər çərçivəsində qeyd edilən şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 358