İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 May 2025 14:09
2 604
2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar.
Milli Məclisin bugünkü iclasında çıxış edən Səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, 2024-cü ildə 18 min 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib. 2025-ci ilin əvvəlinə ölkədə ümumilikdə 92 min 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 min 233 nəfəri həkim, 57 min 663 nəfəri isə orta tibb işçiləridir.
Bu ilin ilk dörd ayında isə 5 min 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib.
Nazir bildirib ki, sertifikasiya suallarının bazası hər il təxminən 20% yenilənir. Hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur.
Teymur Musayev qeyd edib ki, yeni yanaşmaya əsasən, imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq. Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur: “Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır.
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 358