

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar. Müştəri xidmətləri şöbəsinin əməkdaşları tərəfindən 06.06.2025 - 09.06.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-kimi Bakı və Sumqayıt Regional qaz istismarı İdarələrinin inzibati binalarında, həmçinin Xəzər, Qaradağ, Sabunçu və Abşeron xidmət sahələrində vətəndaşlara xidmət göstəriləcək.
Nəzərinizə çatdırırıq ki, 09.06.2025-ci il tarixində “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində iş günüdür. Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.