İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 İyul 2025 15:20
2 835
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olan Şıxəli İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Xalqcebhesi.az-a verilən məlumata görə, Ş.İsmayılovun yaşadığı ünvana baxış zamanı onun həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həmçinin yardımçı tikililərdə qurudulmaq üçün asılmış 83 ədəd çətənə bitkisi, həşiş qətranı, marixuana və çətənə toxumları da aşkar olunub.
Əlavə olaraq, həmin ünvandan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, bu silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şıxəli İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351