İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 İyul 2025 10:21
2 058
Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib. İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub.
DİM-dən Xalqcebhesi.az-a verilən məlumata əsasən, bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.
2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.
Bu il 90 və daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.
Magistratura - 2025
Bakalavrların sayı: 26241
Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 - 30
3147
30 - 35
2209
35 - 40
2868
40 - 45
3168
45 - 50
3345
50 - 55
3102
55 - 60
2636
60 - 65
2137
65 - 70
1610
70 - 75
1031
75 - 80
607
80 - 85
255
85 - 90
94
90 - 95
27
95 - 100
5
Magistratura - 2024
Bakalavrların sayı: 24858
Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 - 30
2301
30 - 35
1932
35 - 40
2613
40 - 45
3204
45 - 50
3351
50 - 55
3069
55 - 60
2707
60 - 65
2100
65 - 70
1475
70 - 75
1035
75 - 80
613
80 - 85
279
85 - 90
135
90 - 95
39
95 - 100
5
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393