İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 İyul 2025 11:36
2 807
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.
Naxçıvan Su-kanal idarəsinin əməkdaşları əraziyə baxış keçirib, hazırda təmir-bərpa işlərinə başlanılıb. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351