Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib Cəmiyyət

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Cavid